news-title-archive-page
2014-12-08
BAKUTEL 2014 ← news-archive-word
CaspianNavtel şirkəti 02-05 dekabr tarixlərində 20-ci Yubiley Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak etmişdir. Sərgidə bir neçə model, həm online, həm də offline naviqatorlar, maşınların izləmə monitorinq sistemi və Tıxac.az saytının işləmə prinsipi sərgilənmişdir. Hər il olduğu kimi, bu il də şirkət məhsullarına maraq yüksək olmuşdur. Elektron xəritənin zənginliyi və dəqiq koordinatları hər kəsi qane etmişdir. Sərgi müddətində bir sıra işgüzar əlaqələrin qurulmasına zəmanət yaranmışdır. Şirkət 5 ildən çoxdur ki, Bakutel sərgisində iştirakına görə sertifikat aldı.