news-title-archive-page
2012-01-03
BAKUTEL 2011 ← news-archive-word
Noyabr ayının 23-26-da Caspiannavtel şirkəti 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində uğurla iştirak etmişdir. Sərginin ilk günü ölkə rəhbərinin sərgini ziyarət etməsi onun nə dərəcədə əhəmiyyət kəsb etməsinə dəlalət edir. Şirkətimiz tərəfindən sərgidə GPS naviqasiya sistemi və izləmə sistemi nümayış etdirilmişdir. Sərgidə iştirak edən qonaqlar, hətta Rabitə və İnformasiya Texnologiyaları naziri özü şirkətin məhsullarına böyük maraq göstərmiş, yaxınlaşaraq ətraflı məlumat almışdır. Elektron xəritənin bir il ərzində bu qədər zənginləşdirilməsi, yeni obyektlərin xəritəyə əlavə edilməsi, tıxacları online şəkildə göstərməsi qonaqları çox qane etmişdir. Vahid komanda şəklində çalışan şirkət kollektivi ziyarətçilərin suallarını cavablandırmış, lazımi məlumatı vermişlər. Caspiannavtel ən düzgün yol yoldaşıdır! Bizi seçsəniz yolda qalmazsınız!