GeoNet SDK

Kitabxana Win32 platforması üzərindən xəritənin əks olunması, tıxaclar və yenilənmələr barədə məlumatın qəbul olunması və hesabatın aparılması, marşrutun cızılması, sifarışçinin əlavə istəklərinin daxil edilməsi üçün nəzərdə tutulub. Şərti olaraq, bu tip həll üsulu dispetçer adlanır. Digər növ həll üsulu isə məlumat ötürülməsi və alınmasının mobil versiyasıdır. Dispetçer sistemində obyektin monitorinqi və yerləşdiyi ərazinin nəzarətdə saxlanılması, sifarişlərin göndərilməsi, tapşırıqlar barədə statusun yenilənməsi, marşruta nəzarət, dispetçer və sürücü arasında səsli əlaqə mövcuddur.