faq-page-left-title
faq-page-right-ask-question
  • Proqram tıxacları qəbul etmir. Nə etməli?
  • Klaviaturadan alt qeyetmə simvolunu necə daxil etməli?
  • Tıxaclar haqqında məlumatı necə ala bilərəm?
  • Proqram tıxaclar haqqında məlumatı hansı müddətdən bir alır və ya ötürür?
  • Xəritə fayılları POİ-lər harada yerləşməlidirlər?
  • Marşrutun qurulma parametrlərini necə dəyişmək olar?
  • Aktivləşdirmə kodunu haradan almalı? (necə əldə etməli)
  • Proqram saytın verdiyi aktivləşdirmə kodunu qəbul etmir. Nə etməli?
  • City Gudie Proqramını İPhone üçün aktiv olunması.

Tıxaclar barədə məlumatın proqrama avtomatik olaraq daxil olub-olmadığına əmin olmaq üçün İnoformasiya menyusunda Tıxaclar bəndində vaxta və tarixə baxmaq lazımdır. (Pocket PC və ya WinCE üçün Menyu-> Xəritə->İnfo, Syumbian üçün isə Görünüş-> Yoldakı vəziyyət->İnformasiya)

Əgər köhnə tarix görünürsə və ya "tıxac yoxdur" yazılırsa aşağıdakılara əmin olmağa çalışın:

  • Qurğuya aktiv xəritə yüklənilibmi?( İnformasiya->Xəritə:Aktiv xəritənin adı)

Tıxaclar haqqında məlumat yalnız aktiv xəritəyə yüklənir. Xəritənin aktiv olub-olmadığı bir neçə əlamətə əsasən müəyyən edilir.

1. Sizin mövqeyiniz GPS vasitəsi ilə dəqiq təyin olunur.(xəritədə vəziyyətinizin markeri görünür)

2. Xəritə üzərində marşrutun başlanma nöqtəsi əl ilə müəyyən edilir.

3. Xəritə Menyu->Xəritə->Yükləmək vasitəsi ilə əl ilə yüklənir.

  • Sizin cihazınızda saat dəqiq tənzimlənib (tarix və vaxt dəqiq qurulmalıdır).
  • Siz saytda lazım olan xəritənin qarşısında tıxaclar xidmətini aktiv etmisiniz. (müvafiq xəritə qarşısında bu bəndə işarə qoymusunuz)
  • İşlətdiyiniz cihaz internetlə əlaqələnibdir (bunu yoxlamaq üçün cihazınızda internet brauzer vasitəsi ilə istədiyiniz sayta baxa bilərsiniz).
  • City Guide proqramının tənzimləmə hissəsində, internet bölməsində siz loqin və parolunuzu göstərməklə Yenilənmələri əldə etmək bəndi qarşısına işarə qoymuşsunuz.(bəzi quğular üçün bu bəndlərin adları fərqli ola bilər).
  • Cihazda olan xəritə fayıllarının adları dəyişdirilməyib, bu adlar Yenilənmə bəndindən yüklənildikdə olduğu kimidir (xəritə fayılının əsl adına saytımızın Xəritələrin təsviri bölməsindən baxa bilərsiniz).
  • Xəritə faylı ilə birlikdə JAM və PROD.UPD adlı fayıllar yoxdur (xəritə qovluğunda adı xəritənin adına uyğun olan yalnız bir fayl olmalıdır. Yerdə qalan bütün kiçik fayıllar hətta xəritənin adını daşısalar belə buradan silinməlidirlər).

Əgər siz hər şeyi lazımi kimi etmisinizsə Yenilənmə funksiyasını çağırılması zamanı proqram server ilə əlaqələnməli və İnformasiya pəncərəsində Tıxaclar bəndində həmin günün tarixi göstəriləcəkdir. Əgər bütün cəhdlərə baxmayaraq bir nəticə əldə edilə bilməyibsə proqramın işçi qovluğundan History.txt. faylını bizə göndərin.

Diqqət!Syumbian və İphone platformaları üçün History.txt. faylı yoxdur. Bu proqramların sahibləri texniki dəstək xidmətinə  müraciət edərkən öz loqinlərini və proqramın lisenziya müqaviləsini göstərməlidirlər.